Sosial media hesablarında tez-tez arıqlama prosesi ilə bağlı paylaşımlar edən fenomen evində ölü tapılıb.
Medianews.az xəbər verir ki, fenomenin ölüm xəbərini onun geyim brendi İnstaqram hesabında paylaşdığı paylaşımda açıqlayıb.
Postda “Sevdiyimiz Drikanın vəfatını sizə xəbər verməkdən çox kədərlənirik və təəssüflənirik. Bu ağrılı zamanda hər kəsdən dua və şəfqət diləyirik” ifadəsi işlədilib.
Braziliyalı geyim markasının sahibi və sosial media fenomeni 49 yaşlı Adriana Thyssenin ölüm səbəbi məlum deyil.
Medianews.az