Rusiya benzin və dizel yanacağının ixracına müvəqqəti məhdudiyyət tətbiq etmək qərarına gəlib.
Medianews.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb .
“Hökumət daxili bazarı sabitləşdirmək üçün avtomobil benzini və dizel yanacağının ixracına müvəqqəti məhdudiyyət tətbiq edib”, – deyə məlumatda bildirilir.
Hökumətin qeyd etdiyi kimi, qərar Rusiyada yanacaq bazarının dolmasına gətirib çıxaracaq ki, bu da istehlakçılar üçün qiymətləri aşağı salacaq.
Daha əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya hökuməti yanacaq topdansatış bazarında qiymətləri tarazlaşdırmaq üzərində işləyir .
Medianews.az