MLS komandası “İnter Mayami”nin ulduz futbolçuları Lionel Messi və Jordi Alba Toronto matçda zədələniblər.
Medianews.az xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.
Bu səhər “İnter Mayami”nin Toronto ilə qarşılaşdığı və 4:0 hesablı qələbə qazandığı matçın ilk yarısında iki futbolçu zədə səbəbindən oyunu davam etdirə bilməyib.
Əvvəlcə ispaniyalı Jordi Alba 34-cü dəqiqədə oyundan çıxarılıb.
Üç dəqiqə sonra Lionel Messinin baş məşqçisi Tata Martinoya oyunu davam etdirə bilməyəcəyini və oyundan kənarlaşdırıldığını bildirib.
Messinin vəziyyətinin yoxlamalardan sonra aydınlaşacağı bildirilib.
Medianews.az