Ali təhsil reytinq agentliyi Quacquarelli Symond (QS) tərəfindən bu il ilk dəfə həyata keçirilən və universitetləri qiymətləndirən “Dünya Universitetləri Sıralaması: Avropa 2024″də ODTÜ, İTU, Qoç, Bilkent və Boğaziçi universitetləri ilk 200-lük sırasında yer alıb.
Medianews.az xəbər verir ki, QS Avropa Şurasına üzv olan 42 ölkədən 688 universiteti qiymətləndirdiyi “Dünya Universitetləri Reytinqləri: Avropa 2024” siyahısını dərc edib.
Siyahıda yer alan “Avropa boyu” sıralamasında Türkiyədən ODTÜ 124-cü, İTÜ 138-ci, Qoç Universiteti 174-cü, Bilkent Universiteti 178-ci və Boğaziçi Universiteti 199-cu sırada yer alıb.
Bu sayla Türkiyə Böyük Britaniyadan sonra ən çox universitetlə təmsil olunan ikinci ölkə olub.
Medianews.az