Tünd parik taxaraq ifrat sağçı yayımları ilə tanınan Compact TV-də aparıcılıq edən müəllim işdən qovulub.
Medianews.az xəbər verir ki, olay Almaniyada yaşanıb.
Yerli media Fevral ayından Maerkisch-Oderlanddakı ibtidai məktəbdə işləyən ifrat sağçı müəllim, 29 yaşlı Elisa W-nin Brandenburq Ştat Təhsil Nazirliyi tərəfindən işdən çıxarıldığını bildirib.
Onun işdən azad edilməsinə səbəb ifrat sağçı yayımları ilə tanınan Compact TV-də aparıcı kimi çalışması, fərqli addan istifadə etməsi və tanınmaması üçün tünd parik taxdığı qeyd edilib.
Medianews.az