Ermənistan Azərbaycanın 1992-ci ildə yaşadığı vəziyyəti indi yaşayır. O zaman Rusiya Ermənistanın arxasında durub Azərbaycan torpaqlarını ermənilərə verdi. İndi də Rusiya Qarabağda uzunmüddətli qalmaq üçün ermənilərə kömək etmir və Azərbaycana da maneçilik törətmir”
Bunu Medianews.az –a politoloq Cümşüd Nuriyev deyib.
Politoloq vurğulayır ki, Azərbaycanın köməyə ehtiyacı yoxdur:
“Ermənilər həm rusları qızışdışdırır, həm də rusları xəyanətdə günahlandırırlar. Bütün bunların fonunda baş verən hadisələr onu göstərir ki, əslində Qarabağda Rusiyanın maraqları təmin olunmaq üzrədir. Çünki Rusiya heç cürə Paşinyanı qəbul etmir. Onu hakimiyyətdən uzaqlaşdırmaq üçün ölkədə milli gərginlik lazımdır. Çünki bu sınanmış metoddur. Həmin milli gərginliyi də Azərbaycan öz torpaqlarını azad etməklə Qarabağda yaradıb. Baş verən proseslər ermənilərin xeyrinə olmadığına görə, dünyaya hay salmağa çalışırlar. Hər yola əl ataraq özlərini haqlı göstərmək istəyirlər,amma alınmır.
Cümşüd Nuriyevin sözlərinə görə, ermənilərin arxalarında Makron kimi insanlar dayanır:
“Fransanı, Amerikanı, İranı başa düşürəm. Bu haqlı savaşda haylar üçlüyünü: AXCP, Real, Müsavat partiyasını anlaya bilmirəm. Təbii ki, AXCP və Real partiyasından bunu gözləmək mümkün idi. Amma Müsavat partiyası adına layiq hərəkət etmir. Çünki 1918-ci ildə Məmməd Əmin Rəsulzadə o idea ilə Azərbaycan qurmuşdu. Amma Arif Hacılıya heç yaraşdırmadım. Görünən odur ki, Paşinyan təfəkkürlü siyasi partiyaların olması Azərbaycan üçün ciddi problemdir. Bu barədə fikirləşməyə dəyər. Bu məsələdə hüquq mühafizə orqanları tədbir görsə, daha yaxşı olar. Bu cürə hərəkətlər əslində vətənə xəyanətdir. Eyni zamanda, xaricdə “Meydan TV” kimi şərəfsiz kanallar Azərbaycan əsgərini aşağılamaq, dövlətə qarşı sanksiyalar tətbiq etməyə çalışırlar. Bu torpağa xəyanətdir. Bu torpaq onlara haramdır!”.
Mehin Mehmanqızı
Medianews.az