Türkiyə Respublikasının pasportunu və Atatürkü təhqir edən Küveyt vətəndaşı A.E.A. barəsində cinayət işi açılıb.
Medianews.az xəbər verir ki, bu haqda Türkiyənin Daxili İşlər naziri məlumat verib.
Daxili İşlər naziri Ali Yerlikaya sosial media hesabındakı açıqlamasında bunları bildirib;
“Təhlükəsizlik Baş Müdirliyinin Kiber Cinayətlərə Qarşı Mübarizə İdarəmizin koordinasiyasında, Kəşfiyyat İdarəmizin dəstəyi ilə küveytli qondarma yazıçı Əbdüləziz Ramih adı ilə Türkiyə Cümhuriyyətinin pasportunu və Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkü ictimaiyyət qarşısında təhqir edən çoxlu paylaşımlar etdiyi müəyyən edilib. Həmin şəxsin Atatürkü təhqir etdiyi üçün saxlanılan A.E.Ş-ə dəstək verən sosial media hesabında paylaşımları da aşkarlanıb. Sözügedən şəxs barəsində cinayət işi açılıb. Məsələ yaxından izlənilir”.
Medianews.az