İstanbulda qadına qarşı zorakılıq hadisəsi baş verib və buna şahid olanları dəhşətə gətirib.
Medianews.az xəbər verir ki, iddialara görə, bir nəfər keçmiş nişanlısını küçənin ortasında ov tüfəngi ilə dəqiqələrlə döyüb.
Qadının döyüldüyü anlar saniyə-saniyə təhlükəsizlik kamerasına əks olunub.
Xəbər üzərinə hadisə yerinə polis qrupları sövq edilib. Nəzarətə alınan şübhəli nişanlısı şikayət etmədiyi üçün sərbəst buraxılıb.
Medianews.az