Cümə, 29 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Bakı Xankəndiyə Ağdamdan daxil olur: Ermənistana qarşı legitim savaş səbəbləri də aktivləşir

TURAN
18/09/2023 21:47
19
BAXIŞ
FacebookTwitterTelegram

Ermənistanın Azərbaycan ərazisində separatizmi və terrorizmi dəstəkləməkdən dərhal imtina etməlidir, Qarabağdakı erməni azlığının inteqrasiya prosesinə əngəl törətməkdən əl çəkməlidir… Əks halda, Ermənistan Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə etdiyinə və öz hərbi qüvvələrini hələ də çıxartmadığına görə rəsmi Bakının elan edəcəyi müharibəyə də hazır olmalıdır…

Ermənistanın və erməni diasporunun beynəlxalq propoqanda “arqumentləri” növbəti dəfə iflasa uğradı. Bu, artıq Azərbaycanın Qarabağ regionu üzərində öz suveren hüquqlarını bərpa etməsi prosesində yeni mərhələnin başlanması anlamına gəlir. Və indi bu prosesin əngəlləməsi əvvəlki kimi asan olmayacaq.

Məsələ ondadır ki, Azərbaycan bütün dünyaya, o cümlədən də Ermənistana öz geopolitik iradəsini qəbul etdirməyə nail oldu. Belə ki, rəsmi Bakı “Laçın dəhlizi” termininin istifadə müddətinin son çatdığını sübuta yetirdi. Laçın postunun qurulmasından sonra bu marşrut Azərbaycanın tam nəzarəti altında olan yola çevrildi. Və reallığı artıq dəyişmək qeyri-mümkündür.

Rəsmi Bakı Laçın-Xankəndi marşrutuna alternativ olaraq, məhz Ağdam-Xankəndi yolunu gündəmə gətirmişdi. Azərbaycan öz prinsipial və beynəlxalq hüquqa istinad edən mövqeyi ilə bu layihəni də bütün dünyaya qəbul etdirməyə nail oldu. Düzdür, Ermənistan və ermənipərəst dairələr rəsmi Bakının Ağdam-Xankəndi yolu ilə bağlı layihəsinə müqavimət göstərməyə çalışdı. Bunun üçün beynəlxalq məkanda bütün siyasi manipulyasiya imkanlarından istifadə etməyə cəhd göstərdilər.

24fc7ea4-68bd-4b89-a186-3e7b70b90aa2.jpg (149 KB)

Ancaq yekun nəticə dəyişmədi. Daha doğrusu, bu məsələ Azərbaycanın müəyyən etdiyi şərtlər çərçivəsində həllini tapdı. Rəsmi Bakının şərtləri isə həm sadə, həm də beynəlxalq hüquq normalarına uyğun idi. Yəni, Ağdam-Xankəndi yolu Qarabağdakı erməni azlığının ərzaq və tibbi ləvazimatlarla təchizatı üçün əsas marşrut rolunu oynayacaq. Buna paralel olaraq, Laçın-Xankəndi yolu da fəaliyyət göstərəcək. Ancaq bu marşrutdan birmənalı şəkildə Azərbaycan qanunvericiliyinə bağlı sərhəd rejimi və gömrük prosedurlarına riayət olunmaqla, istifadə etmək mümkün olacaq.

Göründüyü kimi, rəsmi Bakının mövqeyi və qərarları konkretdir. Azərbaycan ərazisində “boz zona”nın bundan sonra da qalması artıq qeyri-mümkün xarakter daşıyır. Rəsmi Bakı bu mövqeyini açıq mətnlə dəfələrlə bəyan edib və geri çəkilmək niyyətində deyil. Və bu baxımdan, Azərbaycanın həm minimum, həm də maksimum hədəflərinin reallaşması indi artıq qaçılmaz xarakter daşıyır.

Maraqlıdır ki, Ermənistan da, onun beynəlxalq himayədarları da bu reallıqla artıq barışmış kimi görünürlər. Hər halda, Ağdam-Xankəndi yolunun rəsmən fəaliyyətə başlaması da bunu birmənalı şəkildə təsdiqləyir. Belə ki, Beynəlxalq Qırmızı Xac Komitəsinin yükləri artıq Ağdam-Xankəndi yolundan keçməyə başlayıb. Və bu, önəmli bir prosesin həlledici mərhələsinə keçidin baş tutması anlamı daşıyır.

7f3826d1c31ef80bab3adb698e73b7c4.jpg (120 KB)

Məsələ ondadır ki, bundan sonra Ermənistan və Qarabağdakı erməni separatçı-terrorçular daha “aclıq”, “blokada” və “genosid” kimi uydurma iddialar ilə hay-küy sala bilməyəcəklər. İndi Ermənistan tamamilə kənara çəkilməlidir. Erməni diasporu müqavimətin yersiz və əhəmiyyətsiz olması ilə barışmalıdır. Erməni separatçı-terrorçular isə tərksilah olaraq, təslim olmaq barədə düşünməlidirlər. Əks halda, bu cinayətkarların tərksilah olunması üçün daha radikal mexanizmlərin hərəkətə gətiriləcəyi qətiyyən şübhə doğurmur.

Digər tərəfdən, Azərbaycanın Qarabağ regionundakı erməni azlığının təmsilçiləri də fərdi qaydada seçim etməli olacaqlar. Yəni, Azərbaycan ərazisində yaşamaq istəyən hər kəsin ölkəmizin müvafiq qurumlarına vətəndaşlıq üçün müraciət etməsinə ehtiyac yaranacaq. Bunu etmək istəməyənlər ya könüllü şəkildə Azərbaycan ərazisini tərk etməli olacaqlar, ya da onlar beynəlxalq hüquq normalarına uyğun olaraq, deportasiya ediləcəklər. Və bununla da, Azərbaycan həm Qarabağ regionu üzərində öz suveren hüquqlarını bərpa etmiş olacaq, həm də ermənilərin “boz zona”da qanunlara əhəmiyyət vermədən yaşama dövrü sona çatacaq.

Beləliklə, Ağdam-Xankəndi yolunun açılması ilə Qarabağdakı erməni azlığının Azərbaycanın siyasi-hüquqi sisteminə inteqrasiya prosesi rəsmən start götürmüş oldu. Bu prosesin maksimum davam edə biləcəyi müddəti də elə indidən təxmin etmək mümkündür. Belə ki, 2025-ci ildə üçtərəfli anlaşmalar formal qüvvəsini də rəsmən itirmiş olacaq. Rəsmi Bakı icazə vermədiyi təqdirdə, rus sülhməramlılar Azərbaycan ərazilərini tərk etmək məcburiyyətində qalacaqlar. Və bu, o deməkdir ki, Qarabağda yaşamaq istəyən hər bir erməni 2025-ci ilə qədər Azərbaycan vətəndaşlığını qəbul etməyə borcludur.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)

Eyni zamanda, yaxın vaxtlarda Ermənistan öz büdcəsindən Azərbaycanın Qarabağ regionundakı erməni azlığına maliyyə vəsaiti ayırmalarını dayandırdığını rəsmən bəyan etməli olacaq. Çünki hər hansı qonşu ölkənin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağa maliyyə vəsaiti yönləndirməsi beynəlxalq hüquq normalarına ziddir. Və rəsmi Bakı buna kəskin etirazını böyük ehtimalla qabarıq şəkildə biruzə verəcək.

Nəhayət, Ermənistanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda hərbi kontingent saxlaması da beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Yəni, rəsmi İrəvan istəsə də, istəməsə də, Ermənistan ordusunun tör-töküntülərini Azərbaycan ərazisindən çıxartmağa məcbur olacaq. Çünki bu, Azərbaycanın Ermənistana rəsmən müharibə elan etməsi üçün legitim səbəbdir. Və bu legitim səbəb aradan qaldırılmazsa, savaş qaçılmaz ola bilər.

Göründüyü kimi, Ermənistanın Azərbaycan ərazisində erməni separatizmini və terrorizmini dəstəkləmək imkanları məhdudlaşır. İndi rəsmi İrəvan ya bu davranışlarından dərhal imtina etməlidir. Bununla da Qarabağda yaşayan erməni azlığının Azərbaycan cəmiyyətinə inteqrasiyasına əngəl törətməkdən əl çəkməlidir. Ya da Ermənistan Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə etdiyinə, erməni separatizmini və terrorizmini dəstəklədiyinə görə, rəsmi Bakının elan edəcəyi müharibəyə hazır olmalıdır. Və bu, o deməkdir ki, daha heç nə əvvəlki kimi ola bilməz.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

DAHA ÇOX OXU

Analiz

Rusiya kəşfiyyatı Putinə niyə ultimatum verdi: Priqojinin hakimiyyətə yolu təmizlənir

21/08/2023 21:27
Analiz

Ukrayna savaşının sona çatacağı vaxt məlumdur: Rusiya məğlub, ABŞ və NATO isə qalib olacaq

15/08/2023 10:47
Analiz

İrəvan yalvarır, icazə istəyir: Ancaq rəsmi Bakının hədəfi dəyişmir

10/08/2023 20:17
Analiz

Bakı “humanitar yükü” Paşinyana necə yüklədi: Ermənistan ağırlığa dözmür, əzilir

01/08/2023 11:39
Analiz

Azərbaycanda lisenziyasız fəaliyyət, Rusiya vətəndaşlarının sanksiyadan qaçış aləti, Freedom Broker: Freedom Finance Azerbaijan müəmması

31/07/2023 17:14
Analiz

Araik son təhlükəli varianta da əl atdı: İrəvandan dərhal “Bakıya get” mesajı verildi

14/07/2023 20:56

Xəbər lenti

Gülnarə Xəlilovanın kolleksiyaları Özbəkistan və Qazaxıstanda

29/09/2023 17:37

BMT missiyası Qarabağa səfər edəcək – YAXIN GÜNLƏRDƏ..

29/09/2023 17:19

Beynəlxalq forumda ölkəmizi BU ŞƏXS TƏMSİL EDƏCƏK

29/09/2023 17:02

Yağlı əti sevənlər üçün təhlükə – Sizi bu xəstəliklər gözləyir

29/09/2023 16:47

“Seçim Ermənistanındır” – İlham Əliyev

29/09/2023 16:26

“Bizim səbrimizlə oynamasınlar” – Prezident

29/09/2023 16:10

Sərsəng su anbarına Dövlət Agentliyinin əməkdaşları NƏZARƏT EDİR

29/09/2023 15:55

Oktyabrda hava necə olacaq?

29/09/2023 15:37

Putinin “Vaqner”lə bağlı YENİ PLANI – Ukraynada vuruşmaq üçün…

29/09/2023 15:14

“Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq”

29/09/2023 15:09

Xankəndi yaxınlığındakı partlayışda ölənlərin sayı 170 nəfərə çatıb

29/09/2023 15:02

Ombudsman Qarabağın erməni sakinlərinə müraciət etdi

29/09/2023 14:50

Şərur sakininin əl-qolunu bağlayaraq ləyaqətini alçaldan şəxslər saxlanılıblar

29/09/2023 14:41

“Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir”

29/09/2023 14:24

İlon Mask Bakıya gəlməkdən imtina etdi

29/09/2023 14:14

Şəhidlərimizə görə toyların keçirilməsinə qadağa qoyula bilər?

29/09/2023 14:04

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29/09/2023 14:02

İlham Əliyev: “Bərpa işlərinə 7 milyard dollar sərf edilib”

29/09/2023 13:57

Polislərimiz Xankəndidəki “məşhur” abidənin önündə – VİDEO

29/09/2023 13:56

Prezident Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı

29/09/2023 13:53

Azərbaycan Prezidenti və birinci xanım Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıblar

29/09/2023 13:51

Namiq Qaraçuxurlu həbs edilib? – FOTO

29/09/2023 13:48

Aynurdan vəfat edən atası və bacısı ilə bağlı paylaşım

29/09/2023 13:46

“İnstagram” hesabı ələ keçirilən məşhur fenomen xəstəxanalıq oldu – VİDEO

29/09/2023 13:40

Yaşar Gülər Ermənistana XƏBƏRDARLIQ ETDİ

29/09/2023 13:30

Gülnarə Kərimova ilə bağlı yeni ŞOK MƏLUMATLAR – Bu cinayət təşkilatını idarə edirmiş

29/09/2023 13:27

Qadın yazıçı keçmiş ərini bıçaqlayaraq öldürdü – FOTOLAR

29/09/2023 13:15

Təcili Tibbi Yardım Stansiyası niyə ləğv olunur? – RƏSMİ AÇIQLAMA

29/09/2023 13:10

Yağış metro stansiyasını gölə çevirdi – ANBAAN VİDEO

29/09/2023 13:07

3 günlük körpəni xəstəxanadan qaçıran qadın belə tutuldu – VİDEO

29/09/2023 13:00

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.