Mədən işçilərini daşıyan avtobusun yük maşını ilə toqquşması böyük faciəyə səbəb olub.
Medianews.az xəbər verir ki, hadisə Cənubi Afrika Respublikasının Limpopo əyalətində baş verib.
Ölkənin ən böyük almaz mədənlərindən biri olan Venedikaya gedən işçiləri daşıyan avtobus qarşı tərəfdən gələn yük maşını ilə toqquşub.
Yerli mənbələrdən verilən açıqlamada qəzada ən azı 20 işçinin həyatını itirdiyi bildirilib. Qəzadan sonra avtobus alovlanıb və yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qəzayla bağlı araşdırma aparılır.
Medianews.az