Almaniyanın paytaxtı Berlində ölkənin görkəmli simvollarından biri olan Brandenburq qapısı etiraz əlaməti olaraq narıncı rəngə boyanıb.
Medianews.az xəbər verir ki, polis binanın 6 sütununu rəngləyən 13 fəalın saxlanıldığını bildirib.
Tarixi binada keçirilən aksiya ilə eyni vaxtda tarixi qapının qarşısındakı Pariser meydanına da boya tökülüb.
Berlin əyalətinin baş naziri Kay Veqner Brandenburq qapısındakı boyalı etiraz aksiyasını tarixi sütunlara zərər verdiyinə görə sərt şəkildə tənqid edib.
Aksiyadan sonra tarixi qapının boyası təmizlənib.
Medianews.az