Cümə, 29 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Mən bu dilimə görə kənarda qalmışam, istəsəydim, bir milyon yığardım”

TURAN
17/09/2023 14:24
70
BAXIŞ
FacebookTwitterTelegram

Bir neçə ay öncə Region Liqasına yeni komandanın qoşulacağı gözlənilirdi. Bu barədə təcrübəli mütəxəssis Nadir Qasımov açıqlama vermişdi.

O, bir zamanlar ölkə çempionatında yer alan, hazırda fəaliyyətini dayandırmış “Bakılı”nı yenidən həyata qaytarmaq istədiklərini, hətta akademiya formalaşdırmaq niyyətində olduqlarını demişdi.

Bəs məsələnin axırı necə oldu? Bununla bağlı durum nə yerdədir?

Mütəxəssis qaynarinfo-ya açıqlamasında bildirib ki, klubun fəaliyyətinin bərpası ilə müraciət etsələr də, bunun nəzərə alınmadığını deyib:

“Bakılı”nı qaytarmaq istəyirdik. Özü də təmənnasız. AFFA-dan heç nə ummurduq. Hövsanda 8 hektar yerimiz var idi. Böyük məktəb açmaq istəyirdik. AFFA-ya müraciət etdik, layihəni göstərdik. Başqa heç nə istəmirdik. Sadəcə, UEFA-ya müraciət yazılmalı idi. Məktəb açmaq üçün ləvazimatları özümüz alacaqdıq. “Bakılı”dan əlavə əyalət komandası kimi “Şuşa Qalası”nın da fəaliyyətini bərpa etmək fikrimiz var idi. Hazırda fəaliyyət göstərməsə də, bu klub mənim adımdadır və prezidentiyəm. AFFA-nın baş katibi Sərxan Hacıyevlə də danışmışdıq, kömək edəcəklərinə, o vaxt PFL-in prezidenti olan Ramin Musayev isə hətta klubu Premyer Liqaya da buraxacaqlarına söz vermişdi. Sonradan öyrəndik ki, qazilər “Şuşa” adlı komanda yaradıb və Region Liqasında çıxış edirlər. Bu səbəbdən onlara heç nə deməmək qərarına gəldim. Çünki hər şeyi qazanıblar və bu gün onların sayəsində ayaqdayıq.

Ancaq “Bakılı” üçün müraciət etmişdik. Tikəcəyimiz akademiyanın adını “Şuşa Qalası” qoymaq istəyirdik. “Bakılı”nın sabiq prezidenti Misir Əbilov heç nə istəmədiyini, özü kluba sponsorluq edəcəyini bildirmişdi. Sonuncu dəfə AFFA rəhbərliyi ilə danışanda demişdim ki, heç olmasa məni adıma layiq hansısa kluba göndərin. Çünki ailə vəziyyətim ağırdır, işləmirəm, təqaüdlə də yaşamaq olmur. Təkcə dərmanlarıma ayda 350 manat pul verirəm. Hansı ki, bu dərmanları ömrümün sonuna qədər içməliyəm. AFFA-dan isə cəmi 180 manat təqaüd verilir, bu mənim nəyimə çatır? Müraciət etmişdim ki, köməklik göstərsinlər. AFFA-nın ağır vaxtlarında həmişə irəlidə getmişəm. “2005-2015-ci illərdə futbolun inkişafı” layihəsi çərçivəsində rayonlara getdim, seminarlar keçdim. Bunların hamısını nəzərə almaq olardı. Ali savadım var, neçə illərin məşqçisiyəm. Savadıma görə Məşqçilər Komitəsinin üzvlərinin heç birindən geri qalmıram. Heç olmasa həyat tərzimin düzəlməsi, dərmanlarımı ala bilməyim üçün köməklik göstərmələrini xahiş etmişdim. Heç birinə baxmadılar. Sərxan vaxt istədi və məsələni həll edəcəyini dedi. Həmin vaxtdan bəri heç bir addım atılmayıb”.

Qasımov hələ də “Bakılı”nın və “Şuşa Qalası”nın bərpasına ümid bəsləyir:

“Region Liqasına bir neçə komanda qoşuldu. “Şuşa Qalası”ı da qoşmaqla nə itirəcəkdilər? Döymədiyim qapı qalmadı. Çox istəyirdim ki, Şuşanı təmsil edən komanda çempionatda olsun. Ancaq icazə vermədilər. Sualıma cavab versinlər. Nəyə görə “Şuşa Qalası” çempionatdan xaric olundu və yenidən qaytarılmadı? Məgər bütün əyalət komandalarının meydançası var? Hamısı gəlib Bakıda oynayır. 2015-ci ildə komanda formalaşmışdı. Həmin komandadan çıxanlar bu gün minifutbolda Avropa çempionu oldular. Çimərlik futbolunda özlərini yaxşı tərəfdən göstərdilər. Biz oyanmırdıq, iş görürdük. Futbolumuza uşaqlar bəxş etdik. Əməkdar məşqçiyəm, ən azı hansısa klubda çalışa bilərəm. Bu gün əyalət komandalarında işləyənlərin əksəriyyəti heç futbol oynamayıb. Bəzilərini tanıyırdım, gəlib mənim yanımda məşq keçməyi öyrənirdilər. İndi onlar məşqçidir, biz isə oturmuşuq evdə, gözləyirik ki, 180 manatımız nə vaxt veriləcək. Ədalət var? Bu gün Premyer Liqada olan uşaqların bir çoxu – Ayxan Abbasov, Elmar Baxşıyev, Azər Bağırov, Sənan Qurbanov və s. vaxtilə əlimin altında olub.

“Bakılı” məsələsi ilə bağlı bacardığımı etdim. Məktublar yazdıq, xahiş-minnət etdik, dəftərxana açdıq, stadionla müqavilə bağladıq. Hamısını sənədləşdirib, AFFA-ya verdik. Hamısı orada qalır. Sanki üstümüzdən xətt çəkdilər və lazım olmadığımızı dedilər. Məşqçilər Komitəsindəkilərin hər birinin müraciətimdən xəbəri var. Misir müəllimi də tanıyırlar. Nə Birinci, nə də İkinci Liqada komandalar formalaşanda mənə təklif oldu. “Şuşa Qala”sı üzərində əziyyətim çoxdur. Sanki Nadir Qasımov AFFA-nın düşmənidir. Onlara nə etmişəm ki? Fuad Musayevi çıxarmasaydıq, gedib orda oturan deyildiniz. Ümid edirik ki, fikirlərini dəyişərlər”.

DAHA ÇOX OXU

Cəmiyyət

Beynəlxalq forumda ölkəmizi BU ŞƏXS TƏMSİL EDƏCƏK

29/09/2023 17:02
export

Yağlı əti sevənlər üçün təhlükə – Sizi bu xəstəliklər gözləyir

29/09/2023 16:47
1-MANŞET

“Bizim səbrimizlə oynamasınlar” – Prezident

29/09/2023 16:10
Dünya

Putinin “Vaqner”lə bağlı YENİ PLANI – Ukraynada vuruşmaq üçün…

29/09/2023 15:14
export

“Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq”

29/09/2023 15:09
export

Xankəndi yaxınlığındakı partlayışda ölənlərin sayı 170 nəfərə çatıb

29/09/2023 15:02

Xəbər lenti

Beynəlxalq forumda ölkəmizi BU ŞƏXS TƏMSİL EDƏCƏK

29/09/2023 17:02

Yağlı əti sevənlər üçün təhlükə – Sizi bu xəstəliklər gözləyir

29/09/2023 16:47

“Seçim Ermənistanındır” – İlham Əliyev

29/09/2023 16:26

“Bizim səbrimizlə oynamasınlar” – Prezident

29/09/2023 16:10

Sərsəng su anbarına Dövlət Agentliyinin əməkdaşları NƏZARƏT EDİR

29/09/2023 15:55

Oktyabrda hava necə olacaq?

29/09/2023 15:37

Putinin “Vaqner”lə bağlı YENİ PLANI – Ukraynada vuruşmaq üçün…

29/09/2023 15:14

“Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq”

29/09/2023 15:09

Xankəndi yaxınlığındakı partlayışda ölənlərin sayı 170 nəfərə çatıb

29/09/2023 15:02

Ombudsman Qarabağın erməni sakinlərinə müraciət etdi

29/09/2023 14:50

Şərur sakininin əl-qolunu bağlayaraq ləyaqətini alçaldan şəxslər saxlanılıblar

29/09/2023 14:41

“Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir”

29/09/2023 14:24

İlon Mask Bakıya gəlməkdən imtina etdi

29/09/2023 14:14

Şəhidlərimizə görə toyların keçirilməsinə qadağa qoyula bilər?

29/09/2023 14:04

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29/09/2023 14:02

İlham Əliyev: “Bərpa işlərinə 7 milyard dollar sərf edilib”

29/09/2023 13:57

Polislərimiz Xankəndidəki “məşhur” abidənin önündə – VİDEO

29/09/2023 13:56

Prezident Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı

29/09/2023 13:53

Azərbaycan Prezidenti və birinci xanım Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıblar

29/09/2023 13:51

Namiq Qaraçuxurlu həbs edilib? – FOTO

29/09/2023 13:48

Aynurdan vəfat edən atası və bacısı ilə bağlı paylaşım

29/09/2023 13:46

“İnstagram” hesabı ələ keçirilən məşhur fenomen xəstəxanalıq oldu – VİDEO

29/09/2023 13:40

Yaşar Gülər Ermənistana XƏBƏRDARLIQ ETDİ

29/09/2023 13:30

Gülnarə Kərimova ilə bağlı yeni ŞOK MƏLUMATLAR – Bu cinayət təşkilatını idarə edirmiş

29/09/2023 13:27

Qadın yazıçı keçmiş ərini bıçaqlayaraq öldürdü – FOTOLAR

29/09/2023 13:15

Təcili Tibbi Yardım Stansiyası niyə ləğv olunur? – RƏSMİ AÇIQLAMA

29/09/2023 13:10

Yağış metro stansiyasını gölə çevirdi – ANBAAN VİDEO

29/09/2023 13:07

3 günlük körpəni xəstəxanadan qaçıran qadın belə tutuldu – VİDEO

29/09/2023 13:00

4 gündür axtarılan gənc qızın cəsədi və son məktubu TAPILDI – FOTO

29/09/2023 12:54

Putin onu əfv ETDİ – Sevgilisini parçalayaraq öldürən qatil niyə SƏRBƏST BURAXILDI?

29/09/2023 12:44

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.