Şənbə, 23 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“ABŞ unutmasın ki, dünyanı yaradan Allah özü idarə edir” – Musa Quliyev

TURAN
17/09/2023 15:15
33
BAXIŞ
FacebookTwitterTelegram

“Bu günlərdə ABŞ Senatında anti-Azərbaycan dinləməsi keçirilib. Dinləmə “Soros” Fondu və Amerika Erməni Milli Komitəsinin (ANCA) təşəbbüsü ilə təşkil edilmişdir. Bu tamaşada baş rollarda rüşvətxor senator, arvadı erməni olan Robet Menendez və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ifa etmişlər. Dinləmə erməni ruhlu, anti-Azərbaycan məzmunlu çıxışlarla müşayiət olunmuşdur. Özünü dünyada ədalətin və demokratiyanın beşiyi adlandıran Amerikanın ali qanunverici orqanında hüquqdan və qanundan kənar bu davranışının səbəbi nədir və bu ölkədəki erməni lobbisi doğrudanmı dövlətin siyasətinə bu qədər təsir etmək gücünə malikdir? Təbii ki yox! Bir qədim lətifədə deyildiyi kimi “iz eşşəyin izidir, amma əməl gəlinin əməlidir”! Heç şübhəsiz ki, Amerika dövləti siyasətdə təzə gəlin deyildir, əksinə, lap köhnələrdəndir. Bəs Senatda anti-Azərbaycan dinləməsi keçirənlərin qarınlarının ağrısı nədir, ilin-günün bu vaxtında, yəni Ermənistan-Azərbaycan münaqişəsinin finişə yaxınlaşdığı, düyünlərin açılmağa başladığı bir zamanda belə bir dinləmənin keçirilməsi nəyə və hansı maraqlara xidmət edir?

Ermənilər heç, onların qarınlarının ağrısının səbəbi məlumdur. Tibbdə də bu periodik qarın sancılanması elə “erməni xəstəliyi” adı ilə məlumdur. Bəs dünyaya özünü ədalət və humanizm carçısı kimi təqdim etməkdən doymayan ABŞ-ın Azərbaycan əleyhinə mövqe sərgiləməsinin mahiyyətində nə dayanır?”

“Ölkə.Az” xəbər verir ki, bunu deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, məntiqlə ABŞ İranla sıx iqtisadi münasibətləri olan və rəsmi olaraq özünü Rusiyanın for-postu adlandıran, KTMT-nın üzvü Ermənistanı deyil, NATO üzvü Türkiyənin strateji müttəfiqi olan, müstəqil siyasət yürüdən, hüququn aliliyini, demokratik və humanist dəyərləri uca tutan Azərbaycanı dəstəkləməlidir. “Maraqlar çoxdur, amma bu maraqların mərkəzində bir motiv dayanır: ABŞ-ın imperialist və sümürgəçilik siyasəti”, -o qeyd edib.
O əlavə edib ki, zatən, bu siyasət – riyakarlıq, zorakılıq, etibarsızlıq, öz gəlir-çıxarını insan haqlarından, dövlətlərin və millətlərin taleyindən yuxarıda tutmaq Amerika dövlətinin həm tarixi, həm də mahiyyətidir: “Amerika dostluq etmək üçün çox etibarsız, düşmənçilik üçün isə çox təhlükəlidir. Amerika tarixi boyu ziddiiyyətli siyasəti ilə tanınmışdır. Terrorizmlə mübarizədən danışıb terror təşkilatlları yaratmışdır, sülhdən danışıb atom bombası ilə Naqasaki və Xirosimanı viran qoymuşdur, insan haqlarından danışıb Vyetnam xalqına divan tutmuşdur.
Dünyada Amerika qədər görüntüsü və mahiyyəti təzadlı ikinci bir dövlət yoxdur.
Demokratiya, insan haqları, rifah yeni texnologiyalar Amerikanin görünən parlaq, makiyajlı üzü, ikili standartlar, mənəviyyat düşkünlüyü,işğalçılıq, zor, nifrət, qəsb etmək bu dövlətin çirkli astarıdır.

Ötən əsrin səksəninci illərində ABŞ-ın prezidenti olmuş Ronald Reyqan SSRİ-ni “şər imperiyası” adlandırmışdı. Məqsəd dünyanın iki supergücündən biri olan Sovetlər İttifaqını dağıtmaq və yer kürəsinin tək hakimi olmaqdan ibarət idi. SSRİ dağılandan, bir qütblü dünya yaranandan sonra məlum oldu ki, əsl şər yuvası elə Amerikanın özü imiş və onun fitnə-fəsadlarına bəzən şeytanın özü də həsəd aparır.

Son 50 ilin xronologiyasına baxaq: Vyetnam, Kamboca, Əfqanıstan, İran, Polşa, Rumınya, Yuqoslaviya, İraq, Liviya, Tunis, İordaniya, Əlcəzair, Misir, Yəmən, Suriya, Gürcüstan, Moldova, Ukrayna. Bu siyahını uzatmaq da olar. Lakin görünən dağa nə bələdçi. Görünən də odur ki, Amerika əsgərinin çəkməsi dəyən yerdə ot bitmir.
“Yumşaq güc” ifadəsi siyasətdə çoxdan məlum olsa da, ondan sistemli şəkildə dağıdıcılıq məqsədi ilə istifadə edilməsi təcrübəsi Amerika siyasətinə məxsusdur. Hansı ölkələrdə ki, liderlər zəif, hakimiyyətə xalqın inamı az idi, orada məhz ABŞ yumşaq güc vasitəsi ilə çevrilişlər edib, özünə münasib şəxsləri və qrupları hakimiyyətə gətirmişdir.
“Yumşaq güc”ün uğurlu istifadəsinin ən parlaq nümunələrindən biri SSRİ-nin dağılmasıdır. Həm Sovet dövlətinin, həm də bütün sosialist sistemin dağılmasının səbəbi Qərbin hərbi-iqtisadi qələbəsi, hətta SSRİ-nin iqtisadi zəifləməsi deyil, ABŞ-ın uzun müddətli yumşaq güc siyasəti nəticəsində sosializm dəyərlərinin devalvasiyası və cəmiyyət tərəfindən Qərbin, liberal dəyərlərinin: siyasi demokratiya, şəxsi azadlıq, şəxsi mülkiyyət və s. kütləvi şəkildə qəbul edilməsidir. Son 20 ildə baş verən rəngli və rəngsiz inqilablar, “ərəb baharı” prosesi ABŞ-ın şeytan siyasətinin milyionlarla insanın faciəsinə səbəb olan acı nəticəsidir.
Senat dinləmələri də ABŞ-ın yumşaq güc siyasətinin başqa bir formatda davamı, onun maraqlarına xidmət etməyən, müstəqil siyasət yürüdən ölkələrə təsir vasitəsidir.
ABŞ-ın radikal müxalifət partiyalarından, radikal dindar qruplardan, müxtəlif azlıqlardan, qeyri-hökumət təşkilatlarından “yumşaq güc” alətləri kimi istifadə etməsi də hər kəsə məlumdur.
ABŞ başda olmaqla bir çox qərb dövlətləri postsovet ölkələrində müxtəlif təyinatlı qeyri-kommersiya təşkilatları yaradaraq, onları maliyyələşdirərək bu dövlətə qarşı əlverişsiz qərarlar qəbul et¬mək üçün istifadə edirlər. Belə təşkilatlar vətəndaş cəmiyyətinin inkişafına töhfə verməkdən daha çox, ölkənin daxili siyasi həyatına müdaxilələr etməklə məşğul olurlar.
Artıq heç kəsə sirr deyil ki, bəzi bey¬nəlxalq təşkilatlar ABŞ-ın maraqları üzə¬rində qurulmuş xətt üzrə irəliləyir, qərar¬lar qəbul edir və ya Qərb dövlətlərinin müxtəlif adlar altında yardımlar ayırması hansısa gizli maraqlara söykənir.
2000- ci illərin əvvəllərindən başlayaraq ölkəmizdə fəaliyyət göstərən ABŞ-ın və Avropanın bəzi beynəlxalq təşkilatları ic¬timai-siyasi prosesləri manipulyasiya et¬məyə çalışırdılar. Onlar Azərbaycan döv¬ləti ilə müəyyən sahələrdə əməkdaşlıq etsələr də, əsas “missiyalarını” unutmur¬dular. Belə ki, USAİD, NED, Fridrix Nau¬man, Marşall, İREX və digər beynəlxalq təşkilatlar özlərinə sadiq qeyri-hökumət təşkilatları, media qurumları yaratmaqla, radikal siyasi qüvvələrin dövlət əleyhinə fəaliyyətlərini dəstəkləyirdilər. Heç kimə sirr deyil ki, başda USAID olmaqla, ABŞ və Avropanın bir çox siyasi institutları
cəmiyyəti yanlış tərəfə istiqamətləndirib ictimai-siyasi proseslər üzərindən manipulyativ mühit formalaşdırmağa can atırlar. Əsas hədəflərinin Azərbaycanda “beşinci kolon” formalaşdırmaqdan ibarət olduğu bu təşkilatların Qərbin xüsusi xidmət orqanlarına bağlılığı da məlumdur. Milli, dini, cinsi azlıqlardan istifadə edərək milli birliyin sarsıdılmasına yönəlik çağırışlar, sosial şəbəkəlırdə antimilli və antidövlət təbliğatının aparılması, milli- mənəvi dəyərlərin devalvasiyasına yönələn söyüş və təhqir kampaniyası, cəmiyyətdə tanınmış şəxslərin hörmətdən salınması, ordu əleyhinə fikirlərin dövriyyəyə buraxılması və s. pozucu fəaliyyət məhz dövlətimizin güclənməsindın və müstəqil siyasət yürütməsindən narahat olan dairələrin niyyətlırini ortaya qoyur.

Əlbəttə, bölgədə sülhün bərqərar olunması, əməkdaşlığın təmin edilmısi imperialist qüvvələrin maraqlarına uyğun deyildir. Məhz buna görə ATƏT-in Minsk qrupunun həmsədrləri 30 ilə yaxın bir müddətdə sülhdən və əməkdaşlıqdan yana barmaq barmağa vurmadılar. Məhz bu səbəbdən BMT- nun təhlükəsizlik şurasının daimi üzvü olan ABŞ, Fransa və Rusiya 4 məlum qətnamənin icrası üçün heç bir təşəbbüs göstərmədilər
Azərbaycan öz gücünə, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Milli Ordumuzun qəhrəmanlığı hesabına tarixi ədaləti bərpa etdi, işğala son qoydu, ərazi bütövlüyümüzü təmin etdi.
İndi Ermənistanın rəhbəri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağ Azərbaycandlr deyir, Qarabağda yaşayan ermənilər Azərbaycanın vətəndaşlarıdır söyləyir, amma Fransa və ABŞ başqa hava çalır.
Azərbaycan Qarabağda yaşayan erməni əhaliyə də digər vətəndaşlarla bərabər bütün hüquq və təminatları verir, onların sosial- mənəvi inteqrasiyası, düşmənçilik münasibətinin yumşalması və aradan qalxması üçün lazımi tədbirlər görəcəkdir. Amma bizimlə zor dili ilə danışmağa heç kimə icazə verməyəcəyik. Laçın yolu işləyəcək, Ağdam- Xankəndi yolu açılandan sonra. Və Laçın yolunun statusu Zəngəzur yolu ilə eyni olacaqdır. Bu qədər aydın, və sadə!
Gələn il ABŞ- da növbəti prezident seçkiləri olacaqdır. Yəqin ki, çox şey dəyişəcəkdir. O cümlədən, Qafqaz siyasəti də. Yəqin ki, orada da anlayacaqlar ki, Qafqazda etibarlı tərəfdaş güclü və ədalətli Azərbaycandır.
Əgər siyasət dəyişməsə belə, bu cür çirkinliklərlə Azərbaycanı yolundan döndərmək mümkün deyildir.

…Qatar Qarabağdan və Şərqi Zəngəzurdan yola düşmüşdür.
… Növbəti dayanacaq Qərbi Zəngəzurdur. …Məhz Zəngəzur dəhlizi ilə yürüyən qatarlar bölgəyə əməkdaşlıq, inkişaf, rufah gətirəcəkdir.
…Gərək Amerikada da bunu anlasınlar.
… Bəli, Amerika güclü dövlətdir, amma dünyanı idarə etmək ambisiyasından əl çəkməli və anlamalıdır ki, Allahın yaratdığı bu dünyan yaradan özü idarə edir”.

DAHA ÇOX OXU

Dünya

Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ

23/09/2023 13:20
export

“Parıldayıram…” – Güneldən yeni fotolar

23/09/2023 12:52
export

Hamı onun cəsarətindən danışır – Gözündən yaralanan Ceyhun kimdir?

23/09/2023 12:46
export

Rəsmi qurumdan şəhidimizin son arzusu ilə bağlı AÇIQLAMA – VİDEO

23/09/2023 12:34
export

“Azərbaycan mənim də vətənimdir, o gecə hönkürtü ilə ağladım” – “Təhminə”

23/09/2023 12:22
Cəmiyyət

Düclü külək əsəcək, leysan yağacaq, dolu düşəcək

23/09/2023 11:58

Xəbər lenti

İntihara cəhd edən şəxs belə xilas olundu – ANBAAN VİDEO

23/09/2023 13:59

Hüseyn Emil Rəhmanoğlu ilə “WhatsApp” danışığını yayımladı

23/09/2023 13:42

Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ

23/09/2023 13:20

Baş redaktor həbs edildi

23/09/2023 13:03

“Parıldayıram…” – Güneldən yeni fotolar

23/09/2023 12:52

Hamı onun cəsarətindən danışır – Gözündən yaralanan Ceyhun kimdir?

23/09/2023 12:46

Rəsmi qurumdan şəhidimizin son arzusu ilə bağlı AÇIQLAMA – VİDEO

23/09/2023 12:34

“Azərbaycan mənim də vətənimdir, o gecə hönkürtü ilə ağladım” – “Təhminə”

23/09/2023 12:22

Düclü külək əsəcək, leysan yağacaq, dolu düşəcək

23/09/2023 11:58

U.S. Secretary of State Antony Blinken speaks during a joint news conference following a meeting with Icelandic foreign minister at the Harpa Concert Hall in Reykjavik, Iceland, May 18, 2021. Saul Loeb/Pool via REUTERS

Blinkendən Qarabağla bağlı daha bir AÇIQLAMA

23/09/2023 11:47

Məşhur müğənni ofisiant işləməsindən danışdı

23/09/2023 11:44

Küçədə bikinidə gəzən modelə kitab oxumaq cəzası verildi – VİDEO

23/09/2023 11:10

Ağdərədən çıxan ermənilər yolu minalayıblar – FOTO

23/09/2023 10:58

Məşhur aktrisa çılpaq bədənini bayraqla örtdü – qalmaqal – FOTO

23/09/2023 10:54

Qarabağ ermənilərinə Azərbaycanın yardımı belə çatdırdırıldı – VİDEO

23/09/2023 10:39

Əsəd Əsədov vəfat etdi

23/09/2023 10:32

Arda Güler qayıtdı

23/09/2023 10:27

Azərbaycanda doğulan milyonçu model oğurluğa görə tutuldu – VİDEO

23/09/2023 10:01

Universitet müəllimi qəfil vəfat etdi – FOTO

23/09/2023 09:55

Ermənilər Xocavənddə döyüş postlarının enerjisini bu yolla təmin edib – FOTO

23/09/2023 09:46

Əhaliyə XƏBƏRDARLIQ: Bu mesajlara İNANMAYIN

23/09/2023 09:27

Ermənilərin tərk etdiyi daha bir döyüş mövqeyindən GÖRÜNTÜLƏR

23/09/2023 08:57

Köçəryanın oğlu bu səbəbdən saxlanılıb

23/09/2023 08:45

Azərbaycanda bağban qonşuluqdakı evin 17 yaşlı qızını “qaçırtdı”

23/09/2023 08:43

Netanyahu: “İsrail Dövləti ilə Azərbaycan arasında hər şey əladır”

23/09/2023 08:28

Snup Doqqdan sonra İrəvanda onun da konserti təxirə düşdü

23/09/2023 08:16

Onkoloq qalxanabənzər vəzi xəstəliyinin ilk əlamətlərini açıqlayıb

23/09/2023 08:11

Medianews.az 11 il SİZİNLƏ

23/09/2023 08:05

Özlərini qazi kimi təqdim edən şəxslər polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstəriblər

23/09/2023 07:09

Fransada müxalifət lideri 10 il müddətinə həbs oluna bilər

23/09/2023 06:54

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.