Kamil Zeynallı Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”un fırıldaqçı olduğunu iddia edib.
“İnstagram” hesabında bu haqda yazan idmançı şirkətin reklam qarşılığında ona ödəməli olduğu 1000 dolları vermədiyini bildirib:
“Özləri kimi fırıldaqçı şirkət yoxdur. Yüzlərlə tanınmışa, blogerə və s. adamlara reklam borcları var. Çox “maşennik” şirkətdir, insanları aldatmaqla məşğuldurlar.
1 aydan çoxdur mənə 1000 dollar verəcəkləri var. İstanbuldan belə zəng gəldi ki, bu gün-sabah ödəyəcəklər. O boyda şirkət utanmır.
Bilsəydim ki, 1000 dolların acısısınız, sizin şirkətə pul göndərərdim? Ya dolandırıcı “maşennik”lərin reklamına çəkilərdim?
Ödəniş etməyə canları çıxır..
Bu şirkətə inanmayın və qeydiyyatdan keçməyin!”, – deyə Kamil Zeynallı izləyicilərinə səslənib.