2 yaşlı uşağın mədəsindən çıxanları hər həsi şoka salıb.
Medianews.az xəbər verir ki, hadisə Peruda qeydə alınıb.
2 yaşlı uşaq nəzarətsiz halda qalaraq 8 tikiş iynəsini udub. Hadisədən xəbər tutan valideynlər dərhal onu xəstəxanaya aparıb.
Təcili xəstəxanaya yerləşdirilən uşaq cərrahi müdaxilədən sonra sağlamlığına qovuşub.
Məlumatına görə, balaca oğlanın rentgenoqrafiyası nəticəsində 8 iynənin yeri aydın görünüb.
Həkimlər uşağın bu qədər iynəni necə udduğunu anlaya bilmədiklərinə görə hadisə barədə yerli hakimiyyət orqanlarına məlumat veriblər.
Ana polisə verdiyi ifadəsində “Ona baxacaq kimsə olmadığı üçün özümlə işə aparıram. Diqqətimi işimə cəmlədiyim üçün iynələri udduğunun fərqinə varmadım” , -deyib.
Faktla bağlı araşdırma davam edir.
Medianews.az