İtkin düşən nazirin həbsdə olması ilə bağlı iddia irəli sürülüb.
Medianews.az xəbər verir ki, İngiltərənin “Financial Times” qəzeti 2 həftədən artıqdır xəbər alınmayan Çin müdafiə naziri Li Şanfunun saxlanıldığını iddia edib.
Məlumata görə, Çinin müdafiə naziri Şanqfu avqustun 15-də Rusiyanın paytaxtı Moskva yaxınlığında keçirilən təhlükəsizlik konfransında iştirak edib.
İki gün sonra Şanfu Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə iştirak edib və onların fotolarını Belarus hökuməti dərc edib.
Medianews.az