Mühasirəyə alınan Qəzza zolağı sərhədində Məscidül-Əqsa və fələstinli məhbuslara dəstək məqsədilə keçirilən nümayişlərə İsrail əsgərlərinin müdaxiləsi nəticəsində 9 nəfər yaralanıb.
Medianews.az xəbər verir ki, Qəzza zolağının şərq sərhədində yüzlərlə fələstinli Əl-Əqsa məscidinə və fələstinli məhbuslara dəstək nümayişi keçirib.
Fələstin Səhiyyə Nazirliyinin Qəzza zolağında verdiyi yazılı açıqlamaya görə, İsrail əsgərlərinin nümayişlərə real və rezin güllələrlə müdaxiləsi nəticəsində 9 fələstinli yaralanıb.
Müdaxilə zamanı 2013-cü ildən Anadolu Agentliyində sərbəst çalışan fələstinli fotojurnalist Eşref Əbu Amra da əlindən yaralanıb.
İsrail əsgərlərinin hücumuna fələstinlilər təkər yandıraraq və daş atmaqla cavab verib.
Medianews.az