Vaqif Əsədovun qızı VƏFAT edib
Qafqazinfo xəbər verir ki, mərhum Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədovun qızı Xuraman Əsədova vəfat edib.
Bu barədə ailənin yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.
Qeyd edək ki, 2021-ci ildə Xuraman Əsədovanın Ukraynada təhsil alan oğlu Emil Əsədov vəfa etmişdi. Gənc oğlunun vəfatından sonra onun səhhətində problemlərin yarandığı bildirilir.
Xatırladaq ki, V.Əsədov ötən il dünyasını dəyişib.