18 yaşlı gənc qız küçədə silahlı basqın nəticəsində həyatını itirib.
Medianews.az xəbər verir ki, hadisə Kayseridə yaşanıb.
Anbar rayonunda iş yerindən çıxan E.Ç-yə (18) naməlum bir şəxs küçədə tapançadan atəş açıb.
Ətrafdakıların xəbər verməsindən sonra hadisə yerinə polis və tibb qrupları sövq edilib.
Sağlamlıq qrupları tərəfindən aparılan müayinədən sonra E.Ç.-nin öldüyü müəyyən edilib.
Hücumu törətdiyi iddia edilən O.Ç-nin tutulması istiqamətində işlər davam etdirilir.
Medianews.az