Evlərinin həyətinə UFO-nun düşdüyünü iddia edən ailənin çəkdiyi yadplanetlinin şəkli internetdə yayılıb.
Medianews.az xəbər verir ki, Las-Veqasda yaşayan Kenmore ailəsi polisə zəng edərək yadplanetlilərin UFO ilə evlərinin həyətinə endiyini bildirib.
Ailə sonuncu dəfə televiziya proqramında gördükləri yadplanetlilərin şəkillərini çəkib. A
Uzun, nazik ayaqlı yaşıl yadplanetlilərin UFO ilə bağçaya düşərək gizləndiyini söyləyən ailə üzvlərinin çəkdiyi yadplanetli şəkilləri internetdə lağ mövzusu olub.
Burunsuz, antena qulaqlı, böyük dişli yadplanetlinin şəkli bir çox sosial media istifadəçisi tərəfindən uşaqların çəkdiyi yadplanetlilərə bənzədilib.
Medianews.az