Türkiyədə Daşkömürü Anonim Ortaqlığının Armutçuk müəssisəsinə məxsus mədəndə baş verən çökmə səbəbindən 280 nəfər dağıntılar altında qalıb.
News24.az xəbər verir ki, hadisə yerində axtarış tədbirləri davam edir.
***
Türkiyə Daşkömürü Anonim Ortaqlığının Armutçuk müəssisəsinə məxsus mədəndə naməlum səbəbdən çökmə baş verib.
News24.az “TRT Haber”-ə istinadən xəbər verir ki, əraziyə xilasetmə qrupları cəlb olunub.
Dağıntılar altında qaldığı ehtimal edilən işçilərin xilas edilməsi üçün işlərə başlanılıb.