İngiltərədə bir qadın sevgilisi və yaxın dostları tərəfindən işgəncələrə məruz qalaraq öldürülüb.
Medianews.az xəbər verir ki, bədbəxt qadının cəsədi çürümüş halda tapılıb.
Prokurorluq saxlanılan 3 şübhəlinin iddiaları rədd etdiyini bildirib.
Məhkəmə sənədlərinə görə, 35 yaşlı Şakira Spenser adlı qadın üç kişi tərəfindən işgəncələrə məruz qalıb, ac saxlanılıb və döyülərək öldürülüb. Spenserin ölümünə səbəb olan vəhşiliyi onun keçmiş qonşusu 38 yaşlı Ashana Studholme sevgilisi Shaun Pendlebury və dostu Lisa Richardson törədib.
İddialara görə, Spenser avtomobilin baqajına qoyularaq evə aparılıb və dəhlizdəki şkafda kilidlənib. Prokuror bildirib ki, Spenserin bədəninin pis vəziyyətdə olması səbəbindən onun necə öldüyünü dəqiq müəyyən etmək çətin olub.
Medianews.az