Dəyişiklik müzakirələrinin kölgəsində qalan CHP-də qurultay prosesi bütün sürəti ilə davam edir.
Medianews.az xəbər verir ki, CHP sədri Kamal Kılıçdaroğlu Qrup sədri Özgür Özel ilə sürpriz görüş keçirib.
“Keçdiyimiz proses məni namizədliyə o gündən daha da yaxınlaşdırdı. Bunun sonunda namizədlik varsa, məndə o özünə inam, əzm və inanc var”.
Özgür Özel bu sözlərlə CHP-nin qarşıdan gələn qurultayında başqanlığa namizəd ola biləcəyini açıqlayıb.
O, sosial media hesabında paylaşım edərək sürpriz görüşü açıqlayıb.
Özelin Kılıçdaroğluna prezidentliyə namizədlik prosesi ilə bağlı məlumat verdiyi öyrənilib.
Medianews.az