Vyetnamın paytaxtı Hanoyda 150 nəfərin yaşadığı 9 mərtəbəli yaşayış binasında yanğın olub.
Medianews.az xəbər verir ki, baş verən yanğında aralarında uşaqların da olduğu 56 nəfər ölüb.
Bölgəyə 15 yanğınsöndürən maşını, təcili yardım və polis qrupları sövq edilib. Binanın yerləşdiyi küçə dar olduğundan yanğınsöndürənlər yanğına yaxından müdaxilə edə bilməyib, alov 3 saatdan sonra söndürülüb.
Vyetnam polisi bu gün yanğında 56 nəfərin öldüyünü, 37 nəfərin yaralandığını açıqlayıb. Bildirilib ki, yanğınsöndürənlər binadan 70 nəfəri xilas edib və yanğın nəzarətə götürülüb.
Vyetnamın baş naziri Pham Minh Çinh hadisə yerinə gələrək müşahidələr aparıb.
Araşdırmalar zamanı yanğın baş verən binada qəza çıxışının olmadığı məlum olub. Sözügedən hadisə ilə bağlı cinayət işi açılıb.
Medianews.az