Türkiyənin Ədirnə şəhərində 122 qeyri-qanuni mühacir sərhədi keçmək istəyərkən yunan əsgərləri tərəfindən döyülüb.
Medianews.az xəbər verir ki, yarıçılpaq halda Türkiyəyə geri göndərilən mühacirlər sığınacağa yerləşdirilib.
Bəzi immiqrantlar Yunanıstanda təhlükəsizlik qüvvələrinin onları döydüyünü, sonra geri göndərildiyini iddia edib. Bədənində döyülmə izləri olan mühacirlərə kənd camaatı paltar və yemək veriblər.
Sözügedən görüntülər sosial şəbəkələrdə sərt reaksiyalara səbəb olub.
Medianews.az