Türkiyənin Ankara şəhərində sevgilisinin ailəsi tərəfindən döyülən gənc oğlan xəstəxanada vəfat edib.
Medianews.az xəbər verir ki, Fatih Sürücü adlı gəncin döyülmə anının görüntüləri ortaya çıxıb.
Ankaranın Sincan rayonunda sevgilisinin qohumları tərəfindən çağırıldığı evdə döyülən Fatih Sürücü ilk öncə xəstəxanaya aparılıb. Sağlamlıq yoxlamasından sonra polis bölməsində ifadəsi alınan sürücü orada pisləşib.
Ürəyinin dayandığı bildirilən Fatih Sürücü polis bölməsində dünyasını dəyişib.
Ankara Polis Ümumi Müdirliyinə bağlı Cinayət bürosu qrupları Fatih Sürücünün ölümü ilə bağlı araşdırma aparır.
Medianews.az