ABŞ Dövlət Departamenti Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımadığını açıqlayıb.
Medianews.az xəbər verir ki, bunu ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Metyu Miller jurnalistlərin suallarını cavablandırarkən bildirib.
ABŞ-ın Ermənistan və Azərbaycan problemlərinin dialoq yolu ilə həllində bundan sonra da dəstəyini əsirgəməyəcəyini bildirən Miller, Laçın dəhlizinin və Ağdam yolunun açılmasına çağırışını bir daha vurğulayıb.
“Əvvəlcə dediyimiz kimi, biz Qarabağ bölgəsini müstəqil və suveren bir dövlət kimi tanımırıq. Ona görə də qondarma prezident seçkilərinin nəticələrini tanımırıq”-, deyə mətbuat katibi bildirib.
Qeyd edək ki, Qarabağdakı qeyri-qanuni erməni qüvvələri sentyabrın 9-da qondarma “prezident seçkiləri” keçirib.
Meidanews.az