Türkiyənin Bursa şəhərində küçənin ortasında baş verən dəhşətli hadisə saniyə saniyə kameralara düşüb.
Medianews.az xəbər verir ki, 38 yaşlı Nazim. K. yolda gedərkən mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.
Yaralı halda qaçaraq çayxanaya sığınan Nazim K. onu bıçaqlayan şəxsin üstünə stul atdıqdan sonra yıxılıb.
Ətrafdakıların müdaxiləsindən sonra hadisəniu törədən şəxs ərazidən uzaqlaşıb. Xəstəxanaya çatdırılan yaralının həyati təhlükəsinin olduğu bildirilib.