‘Türkiyənin ən gənc ralli pilotu’ ünvanına sahib olan 17 yaşlı Kerem Kazaz heç bir türk ralli pilotunun əldə etmədiyi uğura imza atıb.
Medianews.az xəbər verir ki, Kerem Kazaz Avropa Kuboku Rallisində öz sinfində 2-ci olub.
Keçən il 16 yaşında ikən Dünya Ralli Çempionatı üçün yeni ulduzlar yetişdirən Latviyada keçirilən Gənclər Ralli Çempionatında start götürən Kerem Kazaz “Türkiyənin ən gənc ralli pilotu” adını qazanıb.
Hazırda 17 yaşı olan və yaşına görə sürücülük vəsiqəsi olmadığı üçün hələ Türkiyədə yarışa getməyən Kerem Kazaz, birincilik uğrunda mübarizə apardığı İspaniya çempionatında öz sinfində göstərdiyi performansla diqqət çəkir.
Medianews.az