İstanbul-Elazığ arasında uçan THY təyyarəsində təhlükəsizlik kəməri taxmayan və kabin işçilərinin xəbərdarlığına baxmayaraq intizamsızlıq edən sərnişin polis tərəfindən təyyarədən endirilib.
Medianews.az xəbər verir ki, bu səbəbdən uçuş 2,5 saat gecikib.
Məlumata görə, İstanbul-Elazığ reysini yerinə yetirəcək Türk Hava Yollarına (THY) məxsus təyyarə ötən gün sərnişinlərini qəbul etdikdən sonra havaya qalxmaq üçün uçuş-enmə zolağına çıxıb.
Kabin heyəti havaya qalxmazdan əvvəl sərnişinlərin təhlükəsizlik kəmərlərini yoxlayıb və təhlükəsizlik kəmərini taxmadığını görən sərnişinə xəbərdarlıq edib.
Sərnişin təhlükəsizlik kəmərini taxmadığına və təyyarənin içərisində itaətsizlik etdiyinə görə təyyarənin pilotu havaya qalxmaqdan vaz keçərək körükə qayıdıb.
Uçuş təhlükəsizliyini pozduğuna görə səyahətə qadağa qoyulan şəxsə təyyarədən düşməsi bildirilib. Daha sonra polis qrupları təyyarəyə dəvət edilib.
Problemli sərnişin polis qruplarının nəzarəti altında təyyarədən endirilib.
Medianews.az