Liviyada təsirli olan Daniel Fırtınası ölkəni yerlə yeksan edib.
Medianews.az xəbər verir ki, bu barədə BBC-i xəbər verir.
Məlumata görə, Yunanıstanda 15 nəfərin ölümünə səbəb olan “Daniel” qasırğası həftəsonu Liviyaya da təsir etməyə başlayıb. Fövqəladə vəziyyət elan edilən Derna, Benqazi, Sus və Əl-Mərc bölgələrində fırtınanın yaratdığı leysan yağışları daşqınlara səbəb olub.
Ölkənin qərbində yerləşən Misrata şəhəri də selə təslim olub.
Səlahiyyətlilərin verdiyi açıqlamada ölkənin şərqində baş verən daşqınlar nəticəsində ən azı 150 nəfərin həyatını itirdiyi bildirilib.
Xilasetmə işlərinə qatılan 7 əsgərin itkin düşdüyü bildirilir.
Daşqın bölgəsində komendant saatı elan edilib. Məktəblər, iş yerləri və 4 böyük neft limanı da bağlanıb.
Fırtınanın Misirdə bu gündən etibarən daha təsirli olacağı gözlənilir.
Medianews.az