Xəbər verdiyimiz kimi, Mərakeşdə dağıdıcı zəlzələ baş verib.Türkiyə Mərakeşə yardım etməyə hazır olduğunu bildirib.
Medianews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Dost və qardaş Mərakeş xalqına, hökumətinə başsağlığı verir, həlak olanlara Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik. Türkiyə hər zaman olduğu kimi yaraların sağalması üçün hər cür dəstəyi verməyə hazırdır”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Afrika dövlətində baş verən təbii fəlakətlə bağlı başsağlığı verib.