Qatarla traktor toqquşdu – Ölən var

Bu gün saat 12:30 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus yük qatarı Osmanlı-Mürsəlli istiqamətində hərəkətdə olarkən dəmiryol keçidini keçməyə cəhd edən traktor qatarın qarşısına çıxıb.

APA-nın məlumatına görə, nəticədə traktorun sürücüsü Sabirabadın Xəlfəli kənd sakini, 1988-ci il təvəllüdlü Hümbətov Bəhruz Əliyusif oğlu hadisə yerində ölüb.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

DAHA ÇOX OXU

Xəbər lenti