Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Miqrant uşaqların cəmiyyətimizə inteqrasiyasına dəstək” mövzusundakı layihə çərçivəsində 09 sentyabr 2023-cü il tarixində Bakı şəhərində “Hürriyyət” qəzetinin akt zalında Bakı şəhərində yaşayan bir qrup miqrant uşaqlar üçün Azərbaycan dili kursu keçilib.
Təlimçi Gülyaz Əsgərova miqrant uşaqlara Azərbaycan dilinin fonetikası, digər dillərdən keçən sözlərlə öz dilimizdə olan sözlərin dilimizdə işlədərkən fərqliliyindən, dilimizə keçən sözləri ayırd etməyin asan olduğunu diqqətə çatdırıb. G.Əsgərova Azərbaycan dili qramatikasından danışıq zamanı necə istifadə etməyin yollarından bəhs edərək, miqrant uşaqlar arasında əyani olaraq dialoq təşkil edib.
Azərbaycan dilinin mənimsənilməsi üçün müxtəlif növ viktorinaların keçrilməsi, sözlərin tapılması, dilimizin mənimsənilməsinin və miqrant uşaqların Azərbaycan dilində danışma imkanlarının artırılması üçün fərqli metodlarlardan istifadə olunub. Tədbir nahar süfrəsində davam etdilib.