Bakıda həbsxanada məhkum ölüb.
Lent.az xəbər verir ki, paytaxtdakı cəzaçəkmə müəssisələrindən birində cəza çəkən 41 yaşlı E. Mamedov dünyasını dəyişib.
Onun xəstəlik səbəbilə öldüyü bildirilir.
Qeyd edək ki, E. Mamedov 2020-ci il iyulun 22-də Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən İmişli rayonu Bəhramtəpə qəsəbəsində yerləşən sərhəd zastavasının yaxınlığında saxlanılıb. Onun əlindəki bağlamadan 5 kiloqram 10 qram narkotik vasitə “tiryək”ə bənzər maddə aşkar olunaraq götürülüb.