İngiltərənin şərqindəki Linkolnşir bölgəsində maraqlı hadisə yaşanıb.
Medianews.az xəbər verir ki, yoldan keçən şəxs yerdə hərəkətsiz uzanan insanları görüb və polisə zəng edib.
Polisə zəng edən şəxs kütləvi qətl hadisəsi barədə məlumat verib.
Hadisə yerinə basqın edən polislər gördükləri qarşısında təəccübləniblər.
Çünki onlar kütləvi qətl yox, yoqa ilə məşğul olan insanların meditasiya zamanı yuxuya getdiklərini görüblər.
Yoqa dərsində baş verənləri səhv başa düşən şəxs üzr istəyib.
Medianews.az