Cümə axşamı, 21 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Nisbi rəhmətlər

Samir Sarı
08/09/2023 13:45
14
BAXIŞ
FacebookTwitterTelegram

Açıq və qırmızı şəkildə deyim ki, xalqımızın “rəhmətoxuma” institutundan heç xoşum gəlmir. Kaş belə bir naqis xüsusiyyətimiz olmayaydı.

Söhbət müqayisəli “rəhmətoxuma”dan gedir, yoxsa o birisi ilə işim yoxdur.

Məsələn, olur ki, iki məşhur adam bir-birilə düşmənçilik aparır, bir-birinin ünvanına yaxşı-yaman sözlər deyir, vaxtaşırı qırışırlar. Biri ictimai rəydə, nisbi götürsək, yaxşı adam sayılır, o biri isə yenə nisbilik nəzəriyyəsi ilə – pis adam. Vaxt gəlir, onlardan biri, nisbətən pis adam sayılan ölür, bir qrup adam ağızucu “Allah rəhmət eləsin” deyir, ya demir, bununla da iş bitir. Onların arasında olan düşmənçilik unudulur, müşahidəçilər də rahat nəfəs alır. Amma gün gəlir, sağ qalan və nisbi olaraq yaxşı adam sayılan şəxs nəsə ictimai-siyasi planda qınağa səbəb olan bir söz deyir və ya hərəkət edir, bax, onda bir xeyli adam onun keçmiş düşməninin vaxtilə dediyi sözləri sitat gətirir, mərhuma rəhmət oxumağa başlayır. Bəzən bu “rəhmət arzuları” o qədər çox olur ki, görürsən, bu “rəhmət”ləri ona keçmiş düşməni qazandırıb.

Yəqin ki, bu trendin dünyada analoqu yoxdur, bircə bizdədir, elmi adı da “nisbi rəhmətlər” ola bilər. İndi durub konkret misallar çəkə bilərəm, amma əminəm ki, bu yazını oxuyanların 99,99 faizi söhbətin kimlərdən getdiyini bilir.

Onu da deməyə məcburam ki, bu, olduqca məntiqsiz və yanlış mövqedir. Bu məntiqlə, məsələn, müasir dünyadakı hansısa işğalçı və qəddar diktatora görə Hitlerə, Bokassaya, Stressnerə, Pol Pota, nə biim, Maoya rəhmət oxuyaq? Bir müasir qaniçənin cinayətləri keçmişdəki qaniçənlərin cinayətlərini yumşaldır, bağışlanacaq hala gətirir?

Belə şey ola bilməz. Bu, düzgün qiymətləndirmə deyil. Bugünkü pis adamların pis hərəkətlərini pisləyirsiniz, yaxşı edirsiniz, amma bu keçmişdəki pis adamlara avtomatik olaraq rəhmətlik statusu qazandırmaz.

Eyni şey vəzifədən çıxarılan korrupsionerlə yerinə yeni gələnlərin müqayisəsi zamanı da baş verir.

Xatirinizdə olar, Vasif Talıbovun Naxçıvanın rəhbəri vəzifəsindən çıxarılmasının sutkası tamam olmamış yazmışdılar ki, Allah onun atasına rəhmət eləsin, yerinə gələn… Halbuki onun yerinə qoyulan adam hələ muxtar respublikanın baş kreslosuna oturmamışdı, hələ bir sənədə möhür vurmamışdı, hələ heç halal maaşını da almamışdı, amma onun bir neçə günlük fəaliyyəti artıq Talıbovun 30 illik hökmranlığından betər hesab olunurdu.

Yaxud, dünən baxıram ki, AZAL-ın keçmiş müdiri Cahangir Əsgərovun atasına rəhmət oxuyanlar var. Niyə? Guya ki, onun yerinə gələn şəxs şirkəti artıq batırıb. Belə bir qənaətə gəlmək çox tez deyilmi? Əsgərovun fəaliyyəti, varidatı barədə sadalanan faktlar nə tez unuduldu? Demək, adam vəzifədən çıxan kimi olur Aydan arı, sudan duru?

Hələ bu məsələnin bir tərəfidir. İşdir, hansısa bir yüksək vəzifədən götürülən şəxs müxalifətə meyllənsin, görün, peşəkar və sosial mediada nə tozanaq qopur. İndiyəcən onu ifşa edən fəallar dərhal valın o biri üzünü çevirəcək, adamı “kristal kadr” elan edəcəklər. Bu dəfə də onun sabiq komanda yoldaşları ortaya faktlar qoyacaqlar ki, müəllim dövlətin büdcəsini, xalqın cibini talayıb.

Hərçənd adam müxalifətə meyllənməsəydi, talançı olduğunu ona bağışlayacaqdılar. O ki düz eləmədi, əqidəsini, mövqeyini dəyişdi, demək, ifşaya və cəzaya layiqdir.

Bu baxımdan ağıllı adamlar yüksək vəzifələrdən çıxandan sonra dinc-dinməz şəkildə ya gedib xarici ölkələrdəki bizneslərinin başında dururlar, ya da gedib Ziya müəllim kimi kənddə dana saxlayırlar, daha dəqiqi, saxlatdırırlar. Özləri ayaqlarına kirz çəkmə geyib kürəkeşlə pəyə kürüyəsi deyillər ki.

Amma bəzi ambisiyalı adamlar da var ki, topladıqları varidata qane olmurlar, gözləri vəzifədə qalır, bir az da atalarına rəhmət oxunur, özləri haqqında qulaqlarına tərifli söz dəyir deyə, elə bilirlər, xalq onların bir kəlməsini gözləyir, ayağa qalxıb onları padşah edəcək. Allah atasına rəhmət eləsin, Çörçillin bir sözü var, deyir, hakimiiyət, yüksək vəzifə narkotik kimi bir şeydir, onu bir dəfə dadan həmişəlik zəhərlənir.

Görün, söhbət haradan haraya gəldi. Ondan danışırdıq ki, keçmişdə yaxşı reputasiyaya sahib olmamış adamlara başqa birinin acığına mələk donu geydirmək olmaz.

Kəsəsi, Allah İlhamə Quliyevaya da rəhmət eləsin, Flora Kərimovanın atasına da.

 

Samir SARI

DAHA ÇOX OXU

1-MANŞET

SON DƏQİQƏ! Aİ-nin Monitorinq Missiyası sərhəddə patrul xidmətini GÜCLƏNDİRDİ

21/09/2023 13:12
1-MANŞET

“Yevlaxa qədər gedəcəyik” demişdilər… gəlirlər

21/09/2023 12:47
1-MANŞET

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

21/09/2023 12:44
Ölkə

Yevlaxda Azərbaycanı təmsil edən şəxslə bağlı MARAQLI FAKT

21/09/2023 11:44
1-MANŞET

TƏCİLİ! Azərbaycanda “Univermaq” binası ÇÖKDÜ

21/09/2023 11:02
1-MANŞET

Ermənilərin Yevlaxa gələn nümayəndəsi KİMDİR?

21/09/2023 10:33

Xəbər lenti

Afiəddin Məmmədov həbs olundu

21/09/2023 19:11

Nurlan Libre həbs edildi

21/09/2023 19:10

Qarabağda minalar zərərsizləşdirilir – FOTO

21/09/2023 19:05

Cənubi Koreyada “KF-16” qırıcısı qəzaya uğrayıb

21/09/2023 19:02

Paşinyan: “Qarabağda kütləvi insan tələfatı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”

21/09/2023 18:39

Məşhur model narkotik alüdəçisi olduğunu etiraf etdi

21/09/2023 17:57

Daha bir general işdən çıxarıldı

21/09/2023 17:55

1 nəfəri yaralayan silahlı şəxs daha sonra özünü güllələdi – ŞOK GÖRÜNTÜLƏR

21/09/2023 17:20

Gənc qadın sevgilisini küçənin ortasında döydü – ANBAAN VİDEO

21/09/2023 17:05

Baydan yenidən etdiyi hərəkəti ilə gündəm oldu – VİDEO

21/09/2023 17:00

Mobil telefon alıcılarına ŞAD XƏBƏR – VİDEO

21/09/2023 16:59

Qarabağa sahiblik məsələsi həll olunub – Peskov AÇIQLADI

21/09/2023 16:53

Xaricdə təhsil alanlar imtahan verəcək

21/09/2023 16:52

Qum qasırğası 800-dən çox insanı xəstəxanalıq etdi – FOTO

21/09/2023 16:39

XİN rəsmisindən antiterror tədbirləri ilə bağlı AÇIQLAMA

21/09/2023 16:36

İrəvanda kütləvi aclıq aksiyası başladı

21/09/2023 16:24

24 yaşlı gənc qız iş görüşməsi üçün getdiyi evdə dəhşəti yaşadı – FOTO

21/09/2023 16:19

Faiq Ağayevdən maraqlı PAYLAŞIM: “Yevlaxa gəl, Yevlaxa…”

21/09/2023 16:18

Yevlax görüşündə müzakirə olunan məsələlər açıqlandı – RƏSMİ

21/09/2023 16:12

Rusiya benzin və dizel ixracını məhdudlaşdırdı

21/09/2023 16:07

“Muğanbank” 40-a yaxın işçisini ixtisar edib

21/09/2023 15:48

Bu xəstəliyə məruz qalanların sayı 135 MİLYONA ÇATACAQ – Həkimdən ŞOK AÇIQLAMA

21/09/2023 15:40

Düşmənçilik etdiyi şəxsi küçədə gördü, belə güllələdi – ANBAAN VİDEO

21/09/2023 15:16

Ağır qəza – ÇOX SAYDA YARALI VAR

21/09/2023 15:08

16 nəfərin ölümünə səbəb olan sürücüyə AĞIR CƏZA

21/09/2023 14:58

“Mənə dedi ki, sənin qarşını kəsənin qulağını buraram”

21/09/2023 14:42

Sosial media fenomeni evində ölü tapıldı

21/09/2023 14:41

Fransa telekanalında Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən danışılıb – FOTO

21/09/2023 14:34

92 yaşlı qocadan AĞLASIĞMAZ ƏMƏL

21/09/2023 14:33

Əliyev Putinə başsağlığı VERDİ

21/09/2023 14:33

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.