İanə qutusunda insan kəlləsini görənlər şoka düşüb.
Medianews.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın Arizona ştatında “Goodwill” qeyri-kommersiya təşkilatına edilən ianələr arasında insan kəlləsi tapılıb.
Feniksdə fəaliyyət göstərən Goodwill mağazasında ianə qutusunda insan kəlləsi aşkar edən işçilər polisə müraciət ediblər.
Müayinə üçün insan kəlləsi mağazadan götürüb.
Üst çənədəki bəzi dişlərin hələ də yerində olması, sol göz yuvasına saxta gözün qoyulması diqqət çəkib.
İlkin müayinəyə əsasən , kəllə sümüyünün kifayət qədər köhnə olduğu və heç bir cinayətlə əlaqəsi olmadığı bunun məhkəmə-tibbi əhəmiyyət daşımadığı müəyyən edilib.
Medianews.az