İngiltərədə həbsxanadan qaçan agent beynəlxalq axtarışa verilib.
Medianews.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Məlumata görə, İngiltərədə həbsxanadan yük maşınının altına gizlənərək qaçan 21 yaşlı keçmiş əsgər Daniel Abed Xalifin axtarışları səbəbilə polis səfərbər edilib.
Bir çox parklar və açıq ərazilər girişə bağlanıb və minlərlə polis itən agenti axtarır.
Polis hava limanlarında geniş təhlükəsizlik tədbirləri görüldüyü üçün uçuşlar dayandırılıb.
Ona qarşı irəli sürülən ittihamlara görə may ayında ordudan qovulan Xəlifənin ölkədən qaçmış ola biləcəyi bildirilir.
Qeyd edək ki, İran üçün məlumat toplamaq ittihamı ilə həbs edilən keçmiş əsgər Xəlifə terror ittihamı ilə mühakimə olunub.
Medianews.az