16 yaşlı məktəbli atasını öldürdü.
APA xəbər verir ki, Biləsuvarda qətl hadisəsi baş verib.
Oktay Balaqardaş oğlu Soltanov yaşadıqları mənzildə övladı tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Atasını öldürdüyü deyilən oğul 16 yaşlı məktəblidir. Hadisəyə ailədaxili münaqişənin səbəb olması bildirilir.
Faktla bağlı araşdırma aparılır.