Bursada park edərkən yolda olan mikroavtobusu vurmamaq üçün manevr edən sürücü çayxananın qarşısında oturan vətəndaşları əzməkdən son anda qurtulub.
Medianews.az xəbər verir ki, Osmanqazi rayonunda baş verən qəzada yüngül ticari avtomobilin sürücüsü küçədə yüksək sürətlə hərəkət edərkən, dayanacaqdan çıxıb və mikroavtobusu vurmamaq üçün manevr edib.
Qəfildən kafenin qarşısında oturan şəxsə tərəf gələn avtomobil sürücünün refleksi ilə son anda elektrik transformatoruna dəyib.
Qəza kameraya düşüb: