Rusiyalı general Yuri Afanasevskiyə qarşı sui-qəsd olunub.
Medianews.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.
İddia olunurdu ki, Ukrayna Məxfi Xidməti Rusiya Federal Təhlükəsizlik Xidmətinə rəhbərlik edən general Yuri Afanasevskiyə qarşı sui-qəsd təşkil edib.
Bomba ilə düzülmüş telefon generalın Rusiyanın işğalı altında olan Luqanskdakı evinə göndərilib.
Bildirilib ki, telefon zəngi zamanı baş verən partlayış nəticəsində general və oğlu ağır yaralanıb.
Məlumata görə, generalın həyatı təhlükəsi davam edir.
Telefonu Afanasevskiyə verdiyi ehtimal edilən qadının saxlanılaraq cinayətini etiraf etdiyi iddia edilib.
Medianews.az