İranın cənub-qərbində qar uçqunu nəticəsində iki nəfər ölüb.
APA xəbər verir ki, üç nəfərlik bir ailə qarın altında qalıb.
Xilasedicilər uşağı qarın altından çıxara biliblər.
Axtarış-xilasetmə işlərinə iki helikopter, xilasedicilər və texnika cəlb edilib.