Ordunun İkizce rayonunda avtomobilin dərəyə yuvarlanması nəticəsində biri hamilə olan 3 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.
Medianews.az xəbər verir ki, Devecik Məhəlləsi Çandır yolunda bir avtomobilin dərəyə yuvarlanması nəticəsində 4 ayrı 112 Təcili Yardım Stansiyasından sağlamlıq qrupları hadisə yerinə yönəldilib.
Qəzada Fatma və həyat yoldaşı Mehmet Çakır hadisə yerində, 8 aylıq hamilə olan Cemile Sağlam isə aparıldığı Ünye Özəl Çakırtepe Xəstəxanasında dünyasını dəyişib. Onun körpəsini də xilas etmək mümkün olmayıb.
Avtomobildən xilas edilən yaralı sürücü Dursun Sağlam Ünye Dövlət Xəstəxanasına, oğlu Seyfəddin Sağlam isə Ordu Dövlət Xəstəxanasına yerləşdirilib.
Bildirilib ki, qəzada həyatını itirən Cemile ilə 4 illik həyat yoldaşı, yaralanan Seyfəddin Sağlamın doğumu yaxınlaşan ilk körpələri üçün xəstəxanaya getməsi zamanı baş verib.
Həyatını itirən Fatma və Mehmet Çakırın Cemile Sağlamın valideynləri olduğu və qızlarının doğumu üçün məmləkətləri Sinopdan Orduya gəldikləri aydın olub.
Medianews.az