Nigeriyanın şimalı silahlı dəstələr səbəbindən böyük təhlükə ilə üzləşib.
Medianews.az xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Katsina əyalətinin Doka bölgəsində şəxsiyyəti hələlik müəyyən edilməyən silahlı şəxslər tərəfindən silahlı hücum təşkil edilib.
Hücumda biri qadın olmaqla 7 nəfər həyatını itirib, çox sayda insan yaralanıb, 12 nəfər qaçırılıb.
Dəstələr, fidyə üçün adam oğurluğu, soyğunçuluq və bir çox cinayətlərdə iştirak edir.
Medianews.az