Müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb.
Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev media üçün təşkil olunan brifinqdə deyib.
O bildirib ki, 2023-cü ilin sentyabr ayı üçün bu məbləğ 830 manat təşkil edib.
“Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqlarına əlavələr olunacaq və bu da orta aylıq əmək haqlarının artmasına gətirib çıxaracaq. 2023-cü ilin fevralında bu rəqəm 790 manat olmuşdu”, – deyə nazir bildirib.