İngiltərə Daxili İşlər Nazirliyi Rusiyada böhrana səbəb olan Vaqner qrupunun sentyabrın 13-dən qadağan olunmuş təşkilatlar siyahısına salınması ilə bağlı sərəncam layihəsini parlamentə təqdim edib.
Medianews.az xəbər verir ki, gözlənilən sərəncama uyğun olaraq, Vaqner üzvlərinə və tərəfdarlarına 14 ilə qədər həbs cəzası veriləcəyi bildirilib.
Bildirilib ki, Ukrayna, Suriya, Mərkəzi Afrika Respublikası, Sudan, Liviya, Mozambik və Malidə fəaliyyət göstərən “Vaqner”ə məxsus mallar terror təşkilatına aid olması əsası ilə ələ keçirilə bilər.
Vaqnerin Ukrayna və Afrikada qanlı əməliyyatlar həyata keçirdiyi qeyd edilib və bu əməliyyatlarda insan haqlarının pozulması hallarının olduğu vurğulanıb.
Vaqnerin qadağan olunmuş terror təşkilatı elan edilməsinə səbəb kimi qruplaşmanın fəaliyyət dairəsi, xaricdəki Britaniya vətəndaşlarına qarşı təhdidlər və qlobal miqyasda terrorla mübarizəyə dəstək məqsədi göstərilib.
Medianews.az