Yunanıstana təsir edən pis hava şəraitinin sabah axşama qədər davam edəcəyi bildirilib.
Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilias ölkədə iki gündür müşahidə edilən yağışın şiddət və müddət baxımından görünməmiş çətinliklər yaratdığını qeyd edib.
Volos limanının təhlükəsizlik səbəbiylə bağlandığını qeyd edən Kikilias, Silahlı Qüvvələrin Cənubi Pilioda sel nəticəsində dağılan Kala Nera körpüsünü təmir edəcəyini bildirib.
Həmçinin, mütəxəssislər Trikala, Kardiça, Larisa və Magnisia bölgələri üçün xəbərdarlıq ediblər.
Medianews.az