Ermənistan ABŞ-la birgə təlimlər keçirəcək.
Medianews.az xəbər verir ki, bu barədə TASS məlumat verib.
Ermənistan və ABŞ-ın birgə hərbi təlimləri sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində keçiriləcək.
Məlumata görə, birgə təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən birləşmələrin qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq, komandanlıq-nəzarət və taktiki rabitə sahəsində qabaqcıl təcrübələri bölüşmək, o cümlədən Ermənistan bölməsinin planlaşdırılan döyüşlərə hazırlığını artırmaqdır.
Bazar ertəsi NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlinger bildirib ki, Ermənistan Şimali Atlantika Alyansına qoşulmalıdır.
Həmin gün Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bəyan edib ki, ölkə NATO ilə müxtəlif formatlarda əməkdaşlıq edir və bu prosesi davam etdirməyə hazırdır.
Medianews.az