Britaniya hökuməti Rusiyanın “Vaqner” PMC-ni terror təşkilatları siyahısına daxil edəcək.
Medianews.az xəbər verir ki, bu barədə , BBC- iməlumat verib.
Böyük Britaniyanın daxili işlər naziri Svella Braverman Ukrayna və Afrikadakı özəl hərbi şirkətin fəaliyyətinin “qlobal təhlükəsizliyə təhdid” olduğunu deyib.
Nazirin sözlərinə görə, onlar terrorçudur və terror təşkilatlarının siyahısına salınması mütləqdir.
Braverman həmçinin iddia edib ki, Ukrayna və Afrikadakı PMC-lərin fəaliyyəti “qlobal təhlükəsizliyə təhdid” yaradır.
Məlumata görə, Vaqner” PMC-ni terror təşkilatı elan ediləcəyi təqdirdə , onun üzvləri Böyük Britaniyada qanundan kənara çıxacaq.
Onun fəaliyyətinə hər cür dəstək və ictimaiyyət tərəfindən bəyənilmək krallıqda cinayət sayılacaq. Bu cür cinayətlərə görə cəza 14 il həbsdir. Böyük Britaniyada müəyyən şəraitdə terror qruplaşmasının simvollarını geyməyə və ya onun nümayişinə görə 5 min funt-sterlinqə qədər (6,3 min dollar) cərimə və ya altı aya qədər həbs cəzası ala bilərsiniz. Belə bir təşkilatın hər hansı əmlakı ölkədə aşkar edilərsə, müsadirə ediləcək.
Medianews.az